Xəbər lenti

Futbolda inqilabi dəyişiklik: Komanda bu halda 10 nəfərlə oynayacaq
İdman 20:38 29.07.2026

Futbolda inqilabi dəyişiklik: Komanda bu halda 10 nəfərlə oynayacaq

İngiltərə Premyer Liqası qapıçıların zədələnmə hallarından taktiki fasilə kimi istifadə edilməsinin qarşısını almağı hədəfləyən yeni sistemin Beynəlxalq Futbol Assosiasiyaları Şurası tərəfindən təsdiqləndiyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, yeni qaydalara əsasən, qapıçı zədə səbəbindən oyunu dayandıraraq müalicə tələb edərsə, baş məşqçi dərhal meydandakı futbolçulardan birini kənara çıxarmalı olacaq. Oyun yenidən başladıqdan sonra zədələnən qapıçının komandası ən azı 1 dəqiqə meydanda 10 nəfərlə mübarizə aparacaq. Məşqçi hakimin işarəsindən sonra 10 saniyə ərzində kənara çıxacaq futbolçunu seçməzsə, bu tələb avtomatik olaraq komanda kapitanına şamil ediləcək.

İngiltərə Futbol Assosiasiyası və Beynəlxalq Futbol Assosiasiyaları Şurası tərəfindən təsdiqlənən qaydalar 2026–2027-ci illər mövsümündən qüvvəyə minəcək.

Həqiqi zədələr istisna olacaq

Qapıçının rəqibin kobud müdaxiləsi nəticəsində zədələnməsi, futbolçu ilə toqquşması və ya qanaxma halları bu qaydanın tətbiq dairəsinə daxil edilməyəcək. Beləliklə, həqiqi zədə hallarında komanda cəzalandırılmayacaq.

Qadın liqalarında da tətbiq olunacaq

Yeni mövsümdən etibarən hakimlər aut atışı və qapı zərbəsinin yerinə yetirilməsini gecikdirən futbolçular üçün kənardan **5 saniyəlik** geri sayım aparacaqlar. Müddət başa çatdıqda aut rəqib komandaya veriləcək, qapı zərbəsi gecikdirildiyi halda isə rəqib komandanın xeyrinə künc zərbəsi təyin oluna biləcək.

Əvəzlənən futbolçuların meydanı tərk etməsi üçün 10 saniyə vaxt veriləcək. Bu müddət aşılarsa, əvəzedici futbolçu yalnız oyun dayandırıldıqdan və ən azı 1 dəqiqə keçdikdən sonra meydana daxil ola biləcək.

Yeni qaydalar qadın futbol liqalarında da qüvvədə olacaq.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->