Dünya 15:14 28.01.2023

G7 Rusiyadan dizel yanacağına tavan qiymətinin tətbiqi ilə bağlı Aİ-ni dəstəklədi

"Yeddilik Qrupu” Avropa İttifaqına açıq şəkildə bildirib ki, o, Rusiya Federasiyasından dizel yanacağının barreli üçün 100-110 dollar səviyyəsində limitin tətbiqinə etiraz etmir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” G7-dəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, Aİ bir barel üçün 100 dollar qiymət limiti elan edib. Öz növbəsində, G7 limitin bir qədər yüksək səviyyədə təyin edilməsini təklif edib və dizel qiymətlərinin həddən artıq aşağı olmasının Avropada yanacaq qiymətlərində sıçrayış və ya fasilələrə səbəb ola biləcəyini deyib.

Qeyd olunur ki, bu məsələ ilə bağlı müzakirələr davam edir, lakin iştirakçılar fevralın əvvəlinə qədər razılığa gələ biləcəklərini gözləyirlər.

Cümə günü ICE London birjasında dizel yanacağının fyuçerslərinin qiyməti bir barel üçün 125 dollar təşkil edir.

Alpər