Xəbər lenti

Gəncə Dövlət Milli Dram Teatrında daha bir təyinat
Sənət 16:03 16.02.2026

Gəncə Dövlət Milli Dram Teatrında daha bir təyinat

Gəncə Dövlət Milli Dram Teatrına daha bir təyinat olub. Elşad Əhmədli sözügedən teatrda yeni yaradılan Yaradıcılıq şöbəsinin müdiri təyin olunub.

Şöbə müdiri Qaynarinfo-ya bildirib ki, bundan sonra teatrda iki vəzifəni icra edəcək:

"Baş rejissor ştatı ləğv edilib. Onun əvəzində Yaradıcılıq şöbəsi yaradılıb. Mən həm bu şöbənin müdiri, həm də quruluşçu rejissor kimi teatrda fəaliyyətimi davam edirəcəm"

Xatırladaq ki, Elşad Əhmədli  2022-ci ildən Gəncə Dövlət Milli Dram Teatrında Baş rejissor kimi fəaliyyət göstərir.

Qeyd edək ki, fevralın 14-də mədəniyyət naziri Adil Kərimlinin qərarı ilə Ədalət Hacıyev Gəncə Dövlət Milli Dtram Teatrına direktor təyin olunub.

Bahar Rüstəmli
--> -->