Xəbər lenti

Göygölün yeni icra başçısı kollektivə təqdim olundu
Ölkə 11:01 14.11.2025

Göygölün yeni icra başçısı kollektivə təqdim olundu

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Vüqar Vahid oğlu Novruzov bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Qaynarinfo xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Vüqar Novruzov ona göstərilən etimada görə minnətdarlıq edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->