Xəbər lenti

Güləşçimiz erməniyə qalib gələrək finala yüksəldi: Olimpiadaya lisenziya əldə etdi
İdman 20:12 21.09.2023

Güləşçimiz erməniyə qalib gələrək finala yüksəldi: Olimpiadaya lisenziya əldə etdi

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Serbiyanın paytaxtı Belqradda təşkil olunan lisenziya xarakterli dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Qaynarinfo xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda Ermənistan təmsilçisi Malxas Amoyanla üz-üzə gəlib.

Rəqibinə 5:0 hesabı ilə qalib gələn Süleymanov həm həlledici qarşılaşmaya vəsiqə qazanıb, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->