Azərbaycanın Xalq artisti Habil Əliyevin adı Ağdaş şəhərindəki 1 nömrəli Uşaq Musiqi Məktəbinə verilib.
Qaynarinfo-nun məlumatına görə, Baş nazir Əli Əsədov bu barədə müvafiq qərar imzalayıb.
Qərara əsasən, Mədəniyyət Nazirliyinə və Ağdaş Rayon İcra Hakimiyyətinə bu sənəddən irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.
Şərhlər