Xəbər lenti

Ölkə 13:10 06.05.2019

Hakimiyyət "Meydan TV" ilə bağlı qadağaları götürdü

Bu gün dörd jurnalist Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə dəvət olunublar və burada onlara bildirilib ki, ölkədən çıxışlarına qoyulmuş qadağa götürülüb.

Qaynarinfo "Yeni Sabah"a istinadən xəbər verir ki, həmin qadağa dörd il ərzində - 2015-ci ildən qüvvədə idi.

"Bizi idarə rəisi Eldar Əhmədov qəbul etdi və özünün imzaladığı bildirişi təqdim edərək bildirdi ki, ölkədən çıxışa qoyulmuş qadağa zərurətin aradan qaldırılması səbəbindən götürülüb”, - jurnalist Natiq Cavadlı deyib.

Ondan başqa, analoji bildirişi İzolda Ağayeva, Səlimə CəlilovaRasim Qaraca alıblar. Gözlənildiyinə görə, yaxın vaxtlarda ölkədən çıxışa qoyulmuş qadağa "Meydan TV” üçün materiallar hazırlamış daha ən azı səkkiz jurnalist barəsində ləğv ediləcək.

Ölkədən çıxışa qoyulmuş qadağa "Meydan TV” internet portalı ilə əməkdaşlıq etmiş jurnalistlər qrupu barəsində cinayət işi ilə bağlı tətbiq edilmişdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->