XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını ləğv etdi
Ölkə20:04 20.08.2026

Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını ləğv etdi

Azərbaycan Mərkəzi Bankı (AMB) 4 sığorta vasitəçisinin lisenziyasını ləğv edib.

Qaynarinfo bu barədə AMB-yə istinadla xəbər verir.

Məlumata görə, "Sığorta fəaliyyəti haqqında" qanunun 107.1.2-ci maddəsinə müvafiq olaraq lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığı nəzərə alınaraq 1 hüquqi şəxs olan sığorta brokerinə ("Sizin Sığorta Brokeri" MMC), 1 fiziki şəxs olan sığorta brokerinə və 2 fiziki şəxs olan sığorta agentinə sığorta vasitəçiliyi fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.