Xəbər lenti

Həftənin ilk “Açıq mikrofon” aksiyası Xaçmazda keçirildi (FOTOLAR)
Foto 16:47 31.07.2023

Həftənin ilk “Açıq mikrofon” aksiyası Xaçmazda keçirildi (FOTOLAR)

SOCAR "Azəriqaz” İB-nin "Səyyar qəbul otağı” Xaçmaz rayonunun Qımılqışlaq kəndində təşkil olunub.

Qaynarinfo xəbər verir ki, aksiyaya qatılan sakinlərdən 6 nəfəri mikrofon önünə çıxaraq müraciətlərini ünvanlayıblar. Qımılqışlaq camaatı əsasən fərdi yaşayış evinin qazlaşdırılmasını, küçə qaz xəttinin çəkilməsini xahiş ediblər. Bir müraciət isə qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub.

Xaçmaz RQİİ-nin məsul şəxsləri görüşdə səsləndirilən hər bir problem və təklifin araşdırılaraq həllinə nail olunacağını bildiriblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->