Sənət 19:11 02.03.2023

"Həkimlər qadağa qoysa da, fanatına görə səhnəyə çıxıb"

"Birdən-birə amansız xəstəlik onu dəyişdi. Ömrünün sonunda həkimlər ona səhnəyə çıxmağa icazə verməyib. Amma buna baxmayaraq 3 dəfə gedib və tamaşa oynayıb. Həyat yoldaşına deyib ki, ayaqlarım tutulsa da, əlil arabasında belə, gedib oynayacağam". 

Qaynarinfo xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Xəbər-ətər" verilişində deyib. Müğənni mərhum Xalq artisti Ramiz Novruzdan bəhs edib. Seyidcahan bildirib ki, ömrünün son günlərində həkimlər ona səhnəyə çıxmağı qadağan ediblər.

"Atamın telefonu məndədir. Baxıram ki, bir fanatının istəyinə görə gedib "Xanuma" tamaşasını oynayıb. Atam həmin tamaşaya çıxmalı deyildi, dublyor oynayacaqdı. Atam qıza cavab yazmışdı ki, qızım, sənə görə gəlib tamaşada oynadım" deyə, aktyorun oğlu Cavidan Novruz əlavə edib.