Xəbər lenti

HƏMAS liderinin bacısı İsraildə həbs edildi - Ağır ittihamlar
Dünya 16:37 01.04.2024

HƏMAS liderinin bacısı İsraildə həbs edildi - Ağır ittihamlar

İsraildə Fələstin radikal HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin bacısı Səbaha Avad əl-Salamah Haniyə həbs edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə İsrail polisinin bəyanatına və mənbələrə istinadən "The Jerusalem Post" məlumat yayıb.

Nəşrin məlumatına görə, 57 yaşlı qadın HƏMAS yaraqlıları ilə əlaqə saxlamaqda və İsraildə terror aktlarına dəstək verməkdə şübhəli bilinir. O, İsrail polisinin reyd keçirdiyi Tel Şeva şəhərində saxlanılıb.

Zabitlər Haniyyənin bacısının evində ciddi təhlükəsizlik pozuntuları, yəni 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrail yaşayış məntəqələrinə hücumunu dəstəkləyən sənədlər, telefon nömrələri, yüz minlərlə şekel nağd pul və digər sübutlar tapıblar. Qadın aprelin 1-də həbsi ilə bağlı dinləmələr üçün Beer-Şeva şəhərində hakim qarşısına çıxacaq.

Eyni zamanda, fevralın əvvəlində "The Jerusalem Post" İsmayıl Haniyənin bacısının həyatının İsrail xəstəxanalarından birində xilas edildiyini yazıb. Ölkənin cənubundakı Beer-Şeva şəhərindəki Soroka xəstəxanasında HƏMAS liderininn bacılarından biri vaxtından əvvəl körpə dünyaya gətirib və ona həyat xilasedici tibbi müdaxilə edilib.

"The Jerusalem Post"un məlumatına görə, Haniyənin bəzi bacıları İsrail vətəndaşlığına malikdir və ölkənin cənubundakı böyük bədəvi qəsəbəsi Tel Şevada yaşayırlar.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->