Xəbər lenti

Hərbi xidmət bitdi, sırada toy var - Şahzadə kiminlə evlənəcək? (FOTO)
Dünya 18:36 14.07.2026

Hərbi xidmət bitdi, sırada toy var - Şahzadə kiminlə evlənəcək? (FOTO)

İspaniya kral ailəsinin ən çox diqqət çəkən üzvlərindən biri həyatında mühüm mərhələni geridə qoyaraq yeni dövrə qədəm qoyub. İndi isə onunla bağlı başqa bir mövzu gündəmin əsas məsələlərindən birinə çevrilib. Onu uzaqdan izləyənlər vaxtı gələndə bu gənc qadının kiminlə evlənəcəyini maraqla gözləyirlər. Hətta illərdir onun üçün "uyğun həyat yoldaşı tapmaq” cəhdləri də getdikcə artır.

Qaynarinfo xəbər verir ki, söhbət İspaniya kral ailəsinin gələcəyi hesab edilən Asturiya şahzadəsi Leonordan gedir.



20 yaşlı şahzadə ötən həftə üç il davam edən hərbi hazırlığını tamamlayıb. O, əvvəl quru qoşunlarında xidmət edib, daha sonra təlim gəmisi ilə açıq dənizə çıxaraq hərbi-dəniz qüvvələrində təhsil alıb.

Nəhayət, Kosmik və Aerokosmik Akademiyadakı hazırlığı da başa çatıb. Ötən həftə atası Kral VI Felipe tərəfindən təqdim edilən nişanla Leonor bu mərhələni tamamlayıb.



Lakin onun qarşısında hələ yeni yol var. İndi növbədə universitet təhsili dayanır. Leonor Madriddə yerləşən Karlos III Universitetində siyasi elmlər üzrə təhsil alacaq.

Əslində, doğulduğu gündən taleyi müəyyənləşən şahzadənin hərbi hazırlığı başa çatsa da, akademik həyatı da bir müddət sonra tamamlanacaq.



Leonorun şəxsi həyatı maraq doğurur

Bu qədər məşhur sima olan Leonorun şəxsi həyatı da böyük maraqla izlənilir. Hazırda xüsusilə sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzu onun gələcək həyat yoldaşının kim olacağıdır.

Yaşı hələ çox gənc olsa da, onun kiminlə ailə quracağı barədə müxtəlif ehtimallar irəli sürülür.

Şahzadə şəxsi həyatını çox yaxşı gizlətməyi bacarsa da, onu izləyənlər artıq Leonor üçün uyğun həyat yoldaşı namizədlərini sıralamağa başlayıblar.

Təbii ki, bu siyahıda əsasən digər kral ailələrinin nümayəndələri yer alır. Üstəlik, onların hamısı Leonorla eyni nəslə mənsubdur.



Əsas namizədlər kral ailələrindəndir

Leonor 18 yaşına çatdıqdan sonra onun üçün ən çox adı çəkilən namizədlərdən biri Danimarka kraliçası Meri və Kral Frederikin böyük oğlu, vəliəhd şahzadə Kristian olub.

Yəni söhbət gələcəkdə Danimarka kralı olacaq şəxsdən gedir. Əsas sual isə hər ikisinin öz ölkələrinin taxtına çıxacaq bu iki vəliəhdin mümkün evliliyinin hansı nəticələr doğura biləcəyidir.



Leonor üçün adı hallanan digər namizədlərdən biri də Kristianın əmisi oğlu Nikolaydır. Xarici görünüşü ilə diqqət çəkən gənc hazırda model kimi fəaliyyət göstərir, məşhur brendlərin reklam siması kimi tanınır və podiumlara çıxır.



Lakin bu namizədi Leonora uyğun görənlər üçün bir maneə var: Nikolayın artıq bir müddətdir sevgilisi olduğu bildirilir.

Sosial şəbəkələrdə müzakirə olunan digər ad isə Belçika şahzadəsi Qabrieldir. Kral Filip və Kraliça Matildanın kiçik oğlu olan Qabrielin 20 yaşı var. Onun gələcəkdə kral olmaq ehtimalı yoxdur, çünki Belçika qanunlarına əsasən taxtın ilk varisi onun böyük bacısı şahzadə Elizabetdir.



Leonor istədiyi şəxslə evlənə bilərmi?

Bütün bu ehtimallar müzakirə edilsə də, əsas sual budur: İspaniyanın gələcək kraliçası Leonor adi insanlar kimi istədiyi şəxslə evlənə bilərmi? Yaxud aşiq olduğu şəxsə icazə verilməsə, nə baş verər?

İspaniyanın gələcək hökmdarı kimi Leonor həyat yoldaşı seçimini də müəyyən qaydalara uyğun etməlidir. Başqa sözlə, o, şəxsi hissləri ilə dövlət maraqları arasında seçim etməli ola bilər.



İspaniyada qüvvədə olan qaydalara görə, Leonorun evlənəcəyi şəxslə bağlı atası Kral VI Felipenın razılığı tələb olunur. Lakin bununla məsələ bitmir. Eyni zamanda həmin nikaha İspaniya parlamenti — Kortes də təsdiq verməlidir.

Əslində, parlament gələcək taxt varisinin evlənəcəyi şəxsin siyasi baxımdan problem yaratmadığını düşünərsə, adətən belə müraciətləri təsdiqləyir.

Əgər bu razılıq verilməzsə, Leonorun qarşısında iki seçim qalır: ya qərarla razılaşıb sevdiyi şəxsdən imtina etməli, ya da onunla evlənərək gələcəkdəki hüquqlarından, yəni taxt iddiasından imtina etməlidir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->