Xəbər lenti

Hikmət Hacıyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşdü
Ölkə 19:35 30.04.2026

Hikmət Hacıyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşdü

Prezidentin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"İssam bin Saleh əl-Cuteyli Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüb", - paylaşımda bildirilib və əlavə olunub ki, söhbət zamanı qarşılıqlı maraq doğuran mövzular müzakirə edilib.

 

--> -->