Əməkdar artist Vasif Məhərrəmli məhkəməyə verilə bilər.
Bu barədə Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Səməd Vəkilov müğənninin "heç vaxt mazut iyi gələn adamın yanında oturmuram" fikirlərinin hüquqi tərəflərindən danışarkən deyib.
Vəkilin sözlərinə görə, məhkəmə predmeti olduğu zaman həmin mətnlər ekspertiziyaya göndərilməlidir:
"Ekspertiziya tərəfindən qiymətləndirilə bilər ki, burada təhqir elementi var, ya yox. Yalnız ondan sonra buna hüquqi qiymət verilə bilər. Kimsə buradaki fikirləri özünə qarşı təhqir olduğunu iddia etdiyi təqdirdə məhkəməyə müraciət edə bilər. Ancaq perspektivli görünmür. Çünki Vasif Məhərrəmli burada hər hansı bir sosial qrupu deyil, mücərrəd olaraq hansısa tipləri nəzərdə tutub".
Qeyd edək ki, müğənni Vasif Məhərrəmlinin çıxışlarının birində səsləndirdiyi fikirlər ictimai qınağa səbəb olub. Müğənni fəhlə sinifinə məxsus olan insanların yanında oturmadığını bildirib:
"Kişidən mazut iyi gələr" deyimi ilə qətiyyən razı deyiləm. Qardaş, niyə mazut iyi gəlməlidir? Mən dünyanın ən bahalı ətirini vururam, məndən ömür boyu mazut iyi gələ bilməz və heç vaxt mazut iyi gələn adamın yanında oturmuram".
Bahar Rüstəmli
Şərhlər