Xəbər lenti

Ekonomiks 18:46 30.04.2026

"Spectron Systems"in direktoru cərimələndi

"Spectron Systems" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 405-1.1 maddəsi ilə (Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş müddətdə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 2000 manat məbləğində cərimə edilir) protokol tərtib edilib.

Protokol İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən yazılıb və işə məhkəmədə baxılıb. 

Məlum olub ki, "Spectron Systems” MMC-nin 22.07.2025-ci ildə dövlət qeydiyyatına alınmasına baxmayaraq, nizamnanə kapitalı 03.03.2026-cı il tarixində ödənilib. Belə ki,"Spectron Systems” MMC-nin nizamnamə kapitalı 5 501 000 manatdan 1000 manata endirilib. Əlizadə Məhəmməd Əli oğlu isə şirkətin qanuni təmsilçisi təyin edilib.

Nəticədə "Spectron Systems” MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 405-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilib.
 
Məhkəmənin qərarı ilə Məhəmməd Əlizadə İnzibati Xətalar Məcəlləsinin 405-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 2000 manat cərimə edilib.

Aydın
--> -->