Xəbər lenti

Dünya 21:10 20.02.2024

Hindistan nüvə enerjisinə 26 milyard dollar özəl investisiya cəlb etmək istəyir

Hindistan nüvə enerjisinə 26 milyard dollar özəl investisiya cəlb etmək istəyir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb

Agentliyin məlumatına görə, hökumət "Reliance Industries", "Tata Power", "Adani Power" və "Vedanta" şirkətləri ilə danışıqlar aparır. Onların hər birinin sənayeyə 5,3 milyard dollar sərmayə qoyacağı güman edilir.

"Reuters" qeyd edir ki, Hindistan ilk dəfədir nüvə enerjisinin inkişafına özəl investisiya cəlb edir. Ölkədəki bütün atom elektrik stansiyaları Hindistanın dövlət Nüvə Enerjisi Korporasiyası (NPCIL) tərəfindən idarə olunur. Özəl şirkətlərin öz gücünə stansiya tikmək hüququ yoxdur. Şəxsi sərmayə alınarsa, NPCIL yenə də elektrik stansiyalarını idarə edəcək, lakin investisiya qoyan şirkətlər istehsal olunan elektrik enerjisini sata, komponentləri tədarük edə biləcək.

Hindistan nüvə enerjisinə sərmayə cəlb etməklə, elektrik enerjisi istehsalını qalıq yanacaqlardan istifadə etməyən üsullarla artırmaq istəyir. Hazırda nüvə enerjisi ölkənin ümumi elektrik enerjisi istehsalının yalnız 2%-ni təşkil edir. "Reuters" mənbələrinə görə, Hindistan hakimiyyəti 2040-cı ilə qədər 11 MVt istehsal etmək üçün lazım olan yeni atom elektrik stansiyasının gücü inşa etməyi planlaşdırır.

Aydın




Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->