Dünya 15:41 17.05.2023

Hindistandan Borrelin sanksiya çağırışına cavab

Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar Avropa diplomatiyasının rəhbəri Cozep Borrelin Hindistanın Rusiya neftinin alışını məhdudlaşdırmaq üçün sanksiyalar tətbiq etmək çağırışını şərh edib. Cayşankar cavab olaraq Aİ Şurasının qaydaları ilə tanış olmağı tövsiyə edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Kommersant yazır.

"Aİ Şurasının qaydalarına baxın, Rusiya nefti üçüncü ölkələrdə əhəmiyyətli dərəcədə emal olunur və artıq Rusiya məhsulu kimi qəbul edilmir. Sizi Aİ Şurasının 833/2014 saylı reqlamenti ilə tanış olmağa çağırıram (söhbət Aİ-nin Rusiyaya qarşı sanksiyalarından gedir. – red.), - Hindistanın xarici işlər naziri vurğulayıb. 
Financial Times yazıb ki, Hindistan neftayırma zavodları Rusiya xam neftini əhəmiyyətli endirimlə almaqla daha çox qazanc əldə etməyə başlayıblar. Avropa ölkələrinin Rusiya neftindən imtina etməsi fonunda Hindistan və Çin Rusiya Federasiyasından neft almağa başlayıblar. Rusiyanın Energetika Nazirliyi iddia edir ki, Rusiya Avropa İttifaqı və G7 ölkələrinin embarqosu səbəbindən azalan neft və neft məhsulları tədarükünün həcmini digər istiqamətlərə yönləndirə bilib.

Nizami Bağırov