Xəbər lenti

Dünya 15:00 12.11.2023

Hökumət Nazarbayevi təhlükəsizlik xidmətindən məhrum etmək istəyir

Qazaxıstan hakimiyyəti Milli Təhlükəsizlik Komitəsi (MTK) haqqında əsasnamədən respublikanın birinci prezidenti Nursultan Nazarbayevin mühafizəsi ilə bağlı ayrıca bəndi çıxarmağı planlaşdırır. 

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, dövlət başçısının müvafiq fərman layihəsi "Açıq normativ hüquqi aktlar” portalında dərc olunub.

İctimai müzakirəsi noyabrın 24-dək davam edəcək sənədə əsasən, Milli Təhlükəsizlik Komitəsi haqqında qüvvədə olan əsasnaməyə dəyişiklik və əlavələr edilir. Belə ki, xüsusən, 14-cü bəndin 2-ci yarımbəndinin 13-cü bəndinin başqa redaksiyada verilməsi təklif edilir. Ona görə də komitə "Qazaxıstan Respublikası Prezidentinin təhlükəsizliyinin təmin edilməsində iştirak etmək” öhdəliyi daşıyır.

Bu bəndin əvvəlki redaksiyasında deyilir ki, Dövlət Təhlükəsizlik Xidməti "Qazaxıstan Respublikasının Prezidentinin və Qazaxıstan Respublikasının birinci Prezidenti - Elbasının (millətin lideri-red.)) təhlükəsizliyinin təmin edilməsində iştirak etməyə borcludur".

Yayda Qazaxıstanın Dövlət Təhlükəsizlik Xidməti haqqında əsasnamədən birinci dövlət başçısının müdafiəsi ilə bağlı ayrıca bənd də çıxarılıb. Sonra respublika parlamentinin aşağı palatasının deputatı Marat Başimov qeyd edib ki, bu halda söhbət bütün hüquqi aktların yenilənmiş konstitusiyaya uyğunlaşdırılmasından gedir. Eyni zamanda, o, eks-prezident Nursultan Nazarbayevə keçmiş dövlət başçısı kimi "Qazaxıstan Respublikasının Prezidenti haqqında” qanunla nəzərdə tutulmuş təhlükəsizlik və digər imtiyazların veriləcəyini deyib.

2022-ci il iyunun 5-də Qazaxıstanda konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib. Dəyişikliklərdən biri də ölkənin birinci prezidenti Nazarbayevin statusu və səlahiyyətləri ilə bağlı maddənin çıxarılması olub. Bundan əlavə, Nazarbayevin Elbası statusunun dəyişməzliyi norması da istisna edilib. Yanvarın 10-da Qazaxıstan Konstitusiya Məhkəməsi "Qazaxıstan Respublikasının birinci Prezidenti - Elbası haqqında” qanunun qüvvəsini itirməsi barədə qərar çıxarıb. İlk prezident haqqında qanunun ləğvindən sonra Nazarbayevin səlahiyyətləri ölkənin keçmiş liderlərinə aid ayrıca fəsilləri özündə əks etdirən konstitusiya və Qazaxıstan prezidenti haqqında qanunla tənzimlənir.

83 yaşlı Nazarbayev 30 il Qazaxıstan prezidenti olub. 2019-cu ildə o, əleyhinə olan etiraz aksiyalarından sonra istefa verdiyini elan edərək, respublikada transformasiyaları davam etdirəcək yeni nəsil liderlərin hakimiyyətə gəlməsinin zəruriliyinə vurğulayıb. Ötən ilin yanvarında Nazarbayev Konstitusiya Şurasındakı yerini itirib, ömürlük ölkənin Təhlükəsizlik Şurasının rəhbəri olmaq hüququ əlindən alınıb və hakim partiyanın rəhbərliyindən gedib. Sonradan Qazaxıstanda Nazarbayevin adını daşıyan bəzi obyektlərin adı dəyişdirilib, o cümlədən respublikanın paytaxtı Nur-Sultan əvəzinə yenidən Astana olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->