Xəbər lenti

Ekonomiks 17:52 07.04.2026

"Hünər-İnşaat" dövlət qurumunun yoxlamasına maneə olub?

"Hünər-İnşaat" Firmasının qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğlu barəsində inzibati protokol tərtib edilib.

Qaynarinfo-nun məlumatına görə, protokol Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə maneə olma) üzrə rəsmiləşdirilib. İşə məhkəmədə baxılıb. 

Məhkəmənin qərarı ilə Yunis Nəbiyev İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və bu Məcəllənin 116.1-ci maddəsinə əsasən, şərti olaraq 2.000 manat məbləğində cərimə edilib. Şəxs tərəfindən törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən olunub və nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, cərimə ödənilməyəcək. 

Qeyd edək ki, Yunis Nəbiyev "6-cı mərtəbə" MMC-nin də rəhbəri olub. Şirkətin prezidenti isə Atəş Təhməzovdur. O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşıdır.
 

Aydın
--> -->