İdman 22:10 17.10.2023

İbrahimoviç: "Mən gedəndən bəri amerikalılar beysbola baxırdılar"

"Los Anceles Qalaksi"nin keçmiş ulduzu Zlatan İbrahimoviç MLS-dən ayrıldıqdan sonra amerikalıların beysbola baxdığını iddia edib.

Qaynarinfo-nun məlumatına görə, "La Gazzetta dello Sport" a danışan Zlatan İbrahimoviç "Messinin MLS-də olması. Mən onlar üçün xoşbəxtəm, indi amerikalılar yenidən futbola baxa biləcəklər. Mən gedəndən bəri beysbola baxırdılar" - sözlərini söyləyib.

İbrahimoviç 2018-2019-cu illər arasında "LA Qalaksi"də iki mövsüm keçirib və meydana çıxdığı 58 matçda 53 qola imza atıb. MLS "Qızıl top"un yeddiqat sahibi Messinin "İnter Mayami"yə transferindən sonra populyarlığını artırıb. 

Argentina dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 18-də Peru ilə qarşılaşacaq. Zlatan İbrahimoviç 2022/23 mövsümünün sonunda karyerasını bitirib.

Səbuhi Həsənov