Xəbər lenti

İcra başçısı yeni şöbə müdirləri təyin etdi (FOTO)
Ölkə 16:00 20.04.2026

İcra başçısı yeni şöbə müdirləri təyin etdi (FOTO)

Göygöl Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Vüqar Novruzov müvafiq əmrlər imzalayıb.

Belə ki, Ərazi-təşkilat məsələlər sektorunun Baş məsləhətçisi Vüqar Hüseynov vəzifəsindən azad edilib. O, Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri təyin olunub.

Bundan əlavə, Həmid Nəsirov Hüquq və kadr məsələləri sektorunun müdiri təyin edilib.
 

--> -->