XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Ekonomiks09:48 18.09.2026

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub.

Qaynarinfo xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb. Bundan əvvəl Azərbaycan nefti 122,15 ABŞ dollarına ticarət edilmişdi.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 125,47 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,12 ABŞ dolları və ya 0,96 % azalaraq 115,5 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.