Xəbər lenti

İdmançımız 5 qızıl medal qazandı
İdman 22:25 28.05.2024

İdmançımız 5 qızıl medal qazandı

Azərbaycan idmançısı Aydın Əlibəyov Rusiyanın Sankt-Peterburq şəhərində atçılığın dresaj növü üzrə keçirilən "Maksima Masters” Avrasiya Kubokunda yüksək nəticələr əldə edib.


Qaynarinfo xəbər verir ki, iki gün davam edən turnirdə 3 atla iştirak edən təmsilçimiz cavan atlar arasında (5-7 yaş) yarışlarda dörd qızıl və "Prix Sant George" proqramı üzrə bir bürünc medal qazanıb.


O, "İntermediate 1 Freestyle2 proqramında isə daha bir qızıl mükafata sahib çıxıb.


Qeyd edək ki, atçılığın dresaj növü üzrə ilk milli komanda Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi və təşəbbüsü ilə 2023-cü ildə yaradılıb. Yığmanın əsas məqsədi 2028-ci ildə ABŞ-ın Los-Anceles ştatında keçirilməsi planlaşdırılan Yay Olimpiya Oyunlarına vəsiqə qazanaraq ölkəni layiqincə təmsil etməkdir.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->