İğdırda peyk vericisi ilə izlənilən bozqır lələyi (Circus macrourus) miqrasiya etdiyi marşrut üzrə 4 gün ərzində Azərbaycana çatıb. Bölgədə aparılan quş tədqiqatları çərçivəsində ümumilikdə 53 növdən 973 quş halqalanaraq təbiətə buraxılıb.
İğdırın (Türkiyə) Tuzluca rayonuna bağlı Yuxarı Çıyrıklı kəndində yerləşən Araz Quş Cənnətində Şimal Təbiət Dərnəyi tərəfindən Təbiəti Qoruma və Milli Parklar Baş İdarəsinin icazəsi ilə quş araşdırmaları davam etdirilir. Araz Quş Araşdırma və Təlim Mərkəzində torlara düşən quşların ayaqlarına halqa taxılır, bəzilərinin isə qanadlarına peyk vericiləri yerləşdirilir.
Qaynarinfo xəbər verir ki, 2026-cı ilin yaz mövsümü çərçivəsində aparılan işlərdə 53 növdən 973 fərd halqalanaraq yenidən təbiətə buraxılıb. Şimal Yarımkürə ilə Cənub Yarımkürə arasında miqrasiya edən quşların istifadə etdiyi Şimal-Şərq Köç Marşrutu üzərində yerləşən stansiyada tutulan 9 yırtıcı quşa peyk ötürücüsü quraşdırılaraq onların hərəkəti izlənməyə başlanıb.
Peyk ötürücüsü taxıldıqdan sonra təbiətə buraxılan və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) Qırmızı Siyahısında nəsli təhlükədə olan növlər arasında yer alan çöl belibağlısı (Circus macrourus) 26 martda İğdırda azad edilib. Quş həmin gün Ermənistanın Geğarkunik vilayətindəki Tsovak kəndinə uçub.
Burada bir gün qaldıqdan sonra 200 kilometrdən çox məsafə qət edərək Göyçə gölü sahilində dayanıb. Daha sonra 30 martda Azərbaycana keçərək,Gəncə şəhərinə, oradan isə Mingəçevir su anbarı istiqamətinə yönəlib.
Hazırda həmin ərazidə müşahidə olunan quşun temperaturun artmasına paralel olaraq şimala doğru miqrasiyasını davam etdirməsi gözlənilir. Çöl belibağlısı bu marşrutda 2 982 metr yüksəkliyə qalxaraq ümumilikdə 420 kilometr məsafə qət edib.
Stansiya rəhbəri Gül Tutar AA müxbirinə bildirib ki, 2006-cı ildən bu ərazidə elmi tədqiqatlar aparılır. Onun sözlərinə görə, bu ilin yaz mövsümündə indiyədək 53 növdən 973 quş halqalanaraq təbiətə buraxılıb və onlardan 9-u peyk vericisi ilə təchiz edilib.
Tutar qeyd edib ki, yırtıcı quşlar uzun məsafəli miqrasiyalar həyata keçirir: "Ötürücü quraşdırdığımız çöl belibağlısı yetkin erkək fərddir və 320 qram çəkidədir. Onu təbiətə buraxdıqdan sonra hərəkətlərini peyk vasitəsilə izləyirik. Hazırda quşun Gəncə bölgəsində bir müddət dayandığını müşahidə etmişik və izləməni davam etdirəcəyik".
Aydın
Şərhlər