XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İngilis futbolçu: "Çempion olsaq, kuboku alnıma döymə etdirəcəm"
İdman11:13 13.06.2024

İngilis futbolçu: "Çempion olsaq, kuboku alnıma döymə etdirəcəm"

İngiltərə millisinin hücumçusu İvan Toni bildirib ki, ingilislər AVRO-2024-ün qalibi olacağı təqdirdə alnına kuboku döymə etdirəcək.
Qaynarinfo bu barədə "The Sun"a istinadən xəbər verir. 
"İngiltərə AVRO-2024-ü qazanarsa, mən döymə etdirəcəmmi? Bəli, 100%. Qələbə qazansaq, əlbəttə. Düşünürəm ki, kuboku alnıma və ya başqa bir yerimə vurduracağam", deyə Toni bildirib.
Qeyd edək ki, İngiltərə AVRO-2024-də Serbiya, Danimarka və Sloveniya ilə eyni qrupda yer alıb. Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın meydançalarında keçiriləcək. Turnirdə 24 milli komanda mübarizə aparacaq.
İngiltərə ötən Avropa çempionatının finalında İtaliyaya uduzub. Görüşün taleyi penaltilər seriyasında həll olunub.
Aydın