İdman 11:41 24.03.2024

İngiltərə millisinə qol vurub tarixə düşdü

Braziliya millisinin 17 yaşlı futbolçusu Endrik Felipe Moreyra de Souza İngiltərə millisinin qapısına yol tapmaqla tarixə düşüb.

Qaynarinfo-nun məlumatına görə, İngiltərənin paytaxtı Londondakı "Uembli" Stadionunda keçirilən yoldaşlıq matçında Braziliya İngiltərəni 1:0 hesabı ilə məğlub edib. Matçın yeganə qolunu məhz "Palmeyras”ın gənc hücumçusu vurub. O, 80-ci dəqiqədə fərqlənməklə, həm də millinin heyətində ilk qolunu vurub. 

"Opta"nın məlumatlarına görə, Endrik "Uembli"də milli formada qol vuran ən gənc futbolçu olub (17 il 246 gün).

Mövsümün əvvəlində 45 milyon avro qarşılığında "Real"la müqavilə bağlasa da 18 yaşını tamamlamayan futbolçu "Palmeyras"da çıxışını davam etdirir.

Səbuhi Həsənov