Almaniya milli komandasında baş məşqçi dəyişikliyi baş verib.
Qaynarinfo Almaniya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Yulian Naqelsmanın baş məşqçi postundakı fəaliyyətinə vaxtından əvvəl son qoyulub.
2028-ci ilin yayına qədər qüvvədə olması nəzərdə tutulan müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.
Xatırladaq ki, Naqelsman 2023-cü ilin sentyabrında Almaniya yığmasının sükanı arxasına keçmişdi. Onun rəhbərliyi altında çıxış edən komanda 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Paraqvaya uduzaraq turnirlə erkən vidalaşmışdı.
Almaniya Futbol Federasiyası hələlik yığmanın yeni baş məşqçisinin kim olacağı barədə məlumat açıqlamayıb.
Aydın
Şərhlər