
İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adı açıqlanıb.
Qaynarinfo-nun məlumatına görə, builki mükafat Robert Ernest Hall və Michael Voodforda təqdim olunub.
Onlar bu mükafata makroiqtisadi sabitləşmənin mikroiqtisadi əsasları istiqamətindəki fəaliyyətlərinə görə layiq görülüblər.
Məlumat üçün bildirək ki, Robert Ernest Hall 13 avqust 1943-cü ildə ABŞ-ın Kaliforniya ştatının Palo-Alto şəhərində anadan olub. O, ABŞ iqtisadiyyatının ümumi vəziyyətini, iş yerlərinin açılmasını, qiymətlərin dəyişməsini və şirkətlərin fəaliyyətini uzun illər araşdırıb. ABŞ-ın Stanford və Hoover İnstitutlarının professoru həmçinin iqtisadi tənəzzüllərin nə vaxt başladığını və bitdiyini müəyyənləşdirməklə məşğul olan ABŞ-ın Milli İqtisadi Tədqiqatlar Bürosunun müvafiq komitəsinə də rəhbərlik edib.
Michael Voodford isə 1955-ci ildə ABŞ-ın Massaçusets ştatının Çikopi şəhərində anadan olub. O, müasir makroiqtisadiyyatın və pul siyasəti nəzəriyyəsinin tanınmış tədqiqatçılarından hesab olunur. ABŞ-nin Kolumbiya Universitetinin professoru mərkəzi bankların qərarları, ictimaiyyətin gələcəyə dair gözləntiləri və qiymətlərin dəyişməsinin iqtisadiyyata təsir mexanizminin araşdırmaçısıdır.
Qeyd edək ki, bu gün Nobel həftəsi başa çatıb.
Belə ki, oktyabrın 5-də fiziologiya və ya tibb, 6-da fizika, 7-də kimya, 8-də ədəbiyyat, 9-da Sülh, bu gün isə İqtisadiyyat üzrə Nobel mükafatı laureatları elan olunub.
Nobelin mükafat fondu tərqibən 1,5 milyon ABŞ dollarıdır.