Cümə axşamı, iyulun 23-ü səhər bəzi İran mənbələri İran İnqilabı Keşikçiləri Korpusunun rəhbəri Hüseyn Tayebə qarşı həyata keçirilmiş uğursuz sui-qəsd cəhdi ilə bağlı təsdiqlənməmiş xəbərlər yayıb.
Qaynarinfo bu barədə İsrailin "Terror_alarm" saytının tvitter səhfəsinə istinadən xəbər
verir.
Bu xəbərlərə görə, İranda baş verən son təhlükəsizlik hadisələri səbəbilə işdən çıxarılan Tayeb sui-qəsddən sonra xəstəxanaya aparılıb.
"Terror Alarm" Twitter hesabı SEPAH kəşfiyyatının rəhbəri Hossein Tayebə sui-qəsd olunduğunu və xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Bu Twitter hesabına görə, bir neçə gün əvvəl İstanbulda İsrail vətəndaşlarını hədəf alacağı ilə hədələyən Tayeb Tehrandakı Xatəmələnbiya xəstəxanasına yerləşdirilib.
Trans-regional qəzeti "Əl-Şərq əl-Avsat” da SEPAH-ın kəşfiyyat xidmətinin rəhbərinin qaranlıq kriminal keçmişə malik olduğunu yazıb və bildirib ki, İsrail ona öz vətəndaşlarına qarşı sui-qəsd planında rolu barədə xəbərdarlıq edibmiş. O vaxtdan Tayeb İsrailin təhlükəsizlik agentlərinin hədəfində olub.
Aydın
Şərhlər