Dünya 18:15 21.05.2022

İrəvan-Antalya təyyarə reysinin uçuş tarixi açıqlandı

Ermənistanın paytaxtı İrəvandan Türkiyənin Antalya şəhərinə birbaşa qeyri-müntəzəm uçuşlar başlayır.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, məlumatı "FlyOne Armenia Airlines” yayıb.

Qeyd olunub ki, uçuşlar iyunun 14-dən həyata keçiriləcək.

Bildirilib ki, uçuşlar həftədə iki dəfə çərşənbə axşamı və cümə günləri reallaşacaq.

Uçuş biletinin qiyməti 110 avrodur.