Ekonomiks 15:04 01.08.2022

İsrail təyyarəsi Bakıya təcili eniş etdi (SƏBƏB)

Təl-Əviv - Moskva (DME) marşrutu üzrə reys yerinə yetirən "El Al İsrael Airlines" aviaşirkətinin hava gəmisinin kapitanı sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar (ürəktutma) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili enmək üçün müraciət edib.

Qaynarinfo aeroportun yaydığı məlumata istinadən xəbər verir ki, təyyarə yerli vaxtla saat 12:44-də Bakı hava limanına enib.

Təəssüflər olsun ki, sərnişin uçuş zamanı vəfat edib.