Xəbər lenti

İstanbulda bağların və qazonların krandan suvarılmasını qadağan etdi
Dünya 22:04 30.08.2023

İstanbulda bağların və qazonların krandan suvarılmasını qadağan etdi

İstanbul hakimiyyəti bağların və qazonların suvarılması məqsədilə şəhərə verilən suyu müvəqqəti olaraq kəsib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "TRT Haber” məlumat yayıb.

Qeyd olunur ki, su ehtiyatları ilə bağlı yaranmış kritik vəziyyətlə əlaqədar 15 min istifadəçiyə suvarma üçün suyun verilməsi dayandırılıb. Bu barədə İstanbul Su Kanalizasiya İdarəsi vətəndaşlara məlumat verib. Səlahiyyətlilər qərarı su anbarlarının doldurulması səbəbindən qəbul ediblər.

Nəşr vurğulayır ki, hazırda su anbarlarının orta doldurulma səviyyəsi 29% təşkil edir, ən az su isə Pabuçdərə (3,84%) su anbarında qalıb.

Bundan əvvəl məlum olub ki, İstanbulda 2014-cü ildən bəri ilk dəfə olaraq su anbarlarının doldurulma səviyyəsi aşağı səviyyəyə düşüb.

Mütəxəssislərin fikrincə, vəziyyət belə davam edərsə, şəhərin 91 gün üçün kifayət edəcək qədər su təchizatı olacaq. Lakin suyun 25%-nin buxarlandığını nəzərə alsaq, bu rəqəm 61 günə düşəcək.

Sinoptiklər yaxın 10 gündə yağıntı olacağını proqnozlaşdırmadığından şəhər hakimiyyəti vətəndaşları suya qənaət etməyə çağırıb. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->