Xəbər lenti

İsti hava yorğunluq hansı xəstəliyin xəbərçisidir?
Sağlamlıq 23:59 01.06.2025

İsti hava yorğunluq hansı xəstəliyin xəbərçisidir?

İsti havalarda yaranan yorğunluq bəzən çox ciddi bir xəstəliyin – yayılmış (skleroz) sklerozun əlaməti ola bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) ümumi təcrübə üzrə həkimi Dr. Asif Əhməd "Daily Mail" nəşrinə danışıb.

Dr. Əhməd qeyd edib ki, yayılmış sklerozdan əziyyət çəkən xəstələr tez-tez fiziki fəaliyyət, sauna ziyarəti və ya isti vanna qəbulundan sonra baş ağrısı, başgicəllənmə və digər simptomların kəskinləşməsindən şikayət edirlər.

Bu hal "Utthoff fenomeni" kimi tanınır. Fenomenin səbəbi, istilik təsiri altında zədələnmiş sinir liflərində (demielinləşmiş neyronlar) sinir impulslarının ötürülməsinin pisləşməsidir. Yəni sinir hüceyrələrinin qoruyucu təbəqəsi zədələndiyindən onlar bədən temperaturunun artmasına qarşı daha həssas olur.

Həkimin sözlərinə görə, yayılmış skleroz xəstələrinin 60–80 faizi bu əlamətlə qarşılaşır. Lakin bu cür simptomların olması mütləq şəkildə həmin xəstəliyin varlığına dəlalət etmir. Buna baxmayaraq, belə reaksiya insanın sinir sistemi ilə bağlı daha ciddi problemlərin araşdırılması üçün siqnal ola bilər. Dr. Əhməd qeyd edib ki, isti havalarda səhhətində pisləşmə hiss edən hər kəs nevroloji müayinədən keçmək üçün həkimə müraciət etməlidir.

O, həmçinin xatırladıb ki, yayılmış skleroz xroniki bir xəstəlikdir və baş və onurğa beynindəki sinir hüceyrələrinin örtüyünün zədələnməsi ilə xarakterizə olunur. Xəstəliyin gec mərhələlərində bu, əzələ zəifliyi, tənəffüs və udma çətinliyi kimi ağır fəsadlara səbəb ola bilər. Bundan əlavə, xəstələr infeksiyalara qarşı daha həssas olur və bu da ölümcül nəticələrə gətirib çıxara bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->