Xəbər lenti

AZCON-a
Ekonomiks 13:36 06.08.2026

AZCON-a "Azərkosmos"la bağlı yeni səlahiyyətlər verildi

Prezident İlham Əliyev "Kosmik Agentliyin (Azərkosmos) yaradılması haqqında" 27 aprel 2021-ci il tarixli fərmanında dəyişiklik edib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra "Azərkosmos"un İdarə Heyəti sədrinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyəti Agentliyi idarə edən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON) məxsus olacaq.

Bundan başqa, "Azərkosmos" əməyin ödənişi fondunu və işçilərin əməkhaqlarını (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) AZCON-la razılaşdıracaq.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->