Xəbər lenti

Dünya 18:39 14.01.2024

İtaliya Aİ-nin Qırmızı dənizdə mümkün əməliyyatında iştirak edəcək

İtaliyanın müdafiə naziri Quydo Krosetto bildirib ki, Roma Avropa İttifaqının Qırmızı dənizdə mümkün əməliyyatında iştirak edəcək. 

Qaynarinfo xəbər verir ki, nazirin sözlərinə görə, İtaliya ən çox zərər çəkən ölkələrdən biridir. Eyni zamanda, dünya dəniz ticarət gəmilərinin 15%-i Qırmızı dənizdən keçir.

"Bizim ərazidə artıq gəmilərimizi qoruyan bir gəmimiz var", deyə Krosetto bildirib.

Nazir izah edib ki, Roma husilərin mövqelərinə hücumda iştirak etmək təklifi almayıb, çünki belə bir qərar parlamentin təsdiqini tələb edir.

Qeyd edək ki, yanvarın 11 və 12-də ABŞ və Böyük Britaniya Yəməndə husilərin mövqelərinə zərbələr endirib, hədəflərin təxminən 90%-i məhv edilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->