Xəbər lenti

İtaliyada rusiyalı oliqarxın 11 villasına həbs qoyuldu
Dünya 18:22 01.09.2022

İtaliyada rusiyalı oliqarxın 11 villasına həbs qoyuldu

İtaliya hakimiyyəti rusiyalı oliqarx, "Akron”un sahibi Vyaçeslav Kantorun 11 villasına inzibati həbs tətbiq edib.

Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna "L'Unione Sarda”ya istinadən məlumat yayıb

Həbs edilən villaların arasında İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin ailəsindən alınmış villalar da var. 

Villalar Sardiniyanın şimal-şərq sahilindəki Porto Rotondo kurortunda yerləşir. Onlardan biri əvvəllər Berluskoninin anasına, digəri isə kiçik qardaşı Paoloya məxsus olub.

Avropa Şurası Kantorun aktivlərinin müsadirə edilməsi qərarını hələ aprel ayında, biznesmen Avropa sanksiyaları altına düşəndə verib. Bundan sonra Vyaçeslav Kantor "Akron”a nəzarətdən vaz keçmək qərarına gəlib: o, 45,1% payının idarə edilməsini üç top-menecerinə verib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->