"Taxt-tac oyunları" serialının məşhur aktrisası Sofi Törner keçmiş sevgilisi Pereqrin Pirsonla münasibətlərini bərpa edib.
Qayanrinfo bu barədə "People" nəşrinə istinadən xəbər verir.
Cütlük Londonda, Nottinq-Hill bölgəsində birgə gəzinti zamanı əl-ələ tutarkən, qucaqlaşaraq və öpüşərkən görüntülənib. Onlar sosial şəbəkələrdə yenidən bir-birlərinin hesablarını izləməyə başlayıblar və birlikdə "Qlastonberi" musiqi festivalına da qatılıblar.
Qeyd edək ki, Sofi Törner daha əvvəl Pereqrin Pirsondan ayrıldıqdan sonra rəfiqələri ilə birlikdə əyləncə gecəsində lentə alınmışdı.
2023-cü ilin sentyabrında Sofi Törnerin həyat yoldaşı, müğənni Co Conas ondan boşanmaq üçün məhkəməyə müraciət etmişdi. Mətbuatda yayılan məlumata görə, boşanmanın səbəbi aktrisanın tez-tez əyləncə məclislərində iştirak etməsi olub. Daha sonra isə Törnerin doğuşdan sonrakı depressiyadan əziyyət çəkdiyi, lakin Co Conasın onu məcburi şəkildə ictimaiyyət qarşısına çıxardığı iddiaları gündəmə gəlmişdi.
Daha sonra Sofi Törner Co Conasa qarşı məhkəmə iddiası qaldıraraq, uşaqlarının pasportlarını saxladığını və onların İngiltərəyə qayıtmasına mane olduğunu bildirmişdi. Lakin 2024-cü ilin yanvarında jurnalistlər aktrisanın iddianı geri götürdüyünü xəbər vermişdilər. Nəhayət, sentyabr ayında Sofi Törner və Co Conasın boşanma prosesini rəsmi olaraq başa çatdırdıqları məlum olub.
Aydın
Şərhlər