İdman 17:35 28.06.2023

Keyn üçün 93 milyon avroluq təklif

"Bavariya" "Tottenhem"in hücumçusu Harri Keyn üçün yeni təklif göndərməyi planlaşdırır.

Qaynarinfo xəbər verir ki, bu barədə "CBS Sports"un jurnalisti Ben Yakobs sosial media hesabında yazıb.

O, iddia edir ki, alman klubu Keyn üçün bonuslar da daxil olmaqla təxminən 80 milyon funt-sterlinq (93 milyon avro) təklif etməyə hazırdır. Bununla belə, "Tottenhem” əvvəlki mövqeyinə sadiqdir - klub hücumçu ilə bağlı daxil olan bütün təklifləri rədd etmək niyyətindədir. 

Bundan əvvəl britaniyalılar artıq "Bavariya"nın hücumçunu 70 milyon avroya almaq təklifini rədd etmişdilər. Mətbuat Keynin Almaniya çempionu ilə şəxsi müqavilənin şərtləri ilə bağlı razılığa gəldiyini yazmışdı.

Başa çatan 2022/23 mövsümündə Keyn 46 oyuna çıxıb, 28 qol vurub. "Transfermarkt" ingilis hücumçunu 90 milyon avro dəyərində qiymətləndirir. Keyn "Tottenhem" Akademiyasının yetirməsidir, 2004-cü ildən London klubunda çıxış edir.

Keyn İngiltərə yığması ilə birlikdə 2020-ci il Avropa çempionatının gümüş və 2019-cu il Millətlər Liqasının bürünc medalını qazanıb.

Aydın