Şahzadə Keyt və Şahzadə Uilyamla uzun müddətdir birlikdə çalışan Nataşa Arçer 15 ildən sonra vəzifəsindən ayrılır.
Qaynarinfo xəbər verir ki, 2010-cu ildə kral ailəsinə şəxsi köməkçi kimi daxil olan Nataşa Arçerin Kensinqton sarayındakı vəzifəsi ilə vidalaşdığı bildirilir.
37 yaşlı Arçer illər ərzində şahzadə Keytin komandasında əsas rol oynayıb və onun stil məsləhətçisi kimi tanınmağa başlayıb.
O, ən son Uels Şahzadəsi və Şahzadəsinin baş şəxsi köməkçisi vəzifəsində çalışıb.
Moda sahəsinə olan güclü marağı ilə tanınan Arçer, Keytin Avstraliya və Yeni Zelandiya kimi önəmli rəsmi səfərlərində geyəcəyi libasları seçib. Keytin "Alexander McQueen" və "Jenny Packham" kimi britaniyalı dizaynerlərin geyimlərini seçməsində onun böyük rolu olub.
"Keyt Middleton Effekti” kimi tanınan bu moda dalğası, şahzadənin geyindiyi paltarların qısa müddətdə mağazalarda tükənməsinə səbəb olurdu.
2017-ci ildə "Getty Images"ın kral fotoqrafı Kris Ceksonla evlənən Arçerin iki övladı var. O, 2022-ci ildə baş icraçı köməkçi vəzifəsinə yüksəldi.
Kensinqton Sarayı hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Günay
Şərhlər