Xəbər lenti

Dünya 10:58 24.04.2023

Kirkorov Zelenski ilə son görüşündən danışdı - 20 il əvvəlin dostları

Rusiyalı müğənni Filipp Kirkorov Rusiya mətbuatına verdiyi açıqlamada Volodimir Zelenski ilə əməkdaşlıq və ünsiyyətdən danışıb. Bildiyiniz kimi, indi keçmiş dostlar ünsiyyət qurmur. Onlar təxminən 20 il əvvəl bir neçə layihədə birlikdə işləyərkən tanış olublar.

Qaynarinfo bu barədə "Unian"a istinadla xəbər verir

"Bizim gözəl münasibətimiz var idi", deyə Kirkorov bildirib.
 


Putin tərəfdarı olan müğənninin sözlərinə görə, o, sonuncu dəfə Zelenskini 2015-ci ildə görüb. Mayamidəki ticarət mərkəzlərindən birində təsadüfi görüş olub. Görüş zamanı şən mehriban qucaqlaşmalar olmayıb.

"O, məni görəndə gözlərini yayındırdı. İndi onun başına gələnlər mənim üçün tam bir kəşfdir. Mən onu tanımıram. Bu, başqa adamdır. Heç nə görməyən və eşitməyən əsil zombi", deyə Kirkorov əlavə edib.

Qeyd edək ki, Zelenski və Kirkorov dəfələrlə birlikdə çalışıblar. Məsələn, "Böyük şəhərdə məhəbbət” melodramında birgə çəkiliblər. Bundan başqa, Kirkorov Zelenskinin prodüseri olduğu "Yeni il qudaları” filmində də rol alıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->