Xəbər lenti

Klubların transfer çalışmaları:
İdman 13:52 18.07.2023

Klubların transfer çalışmaları: "Beşiktaş"da ayrılıq

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi açılıb. 

Qaynarinfo klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatları təqdim edir: 

"The Athletic": "Çelsi" və "Marsel" arasında Pyer-Emerik Aubameyanqın transferi ilə bağlı danışıqlar gedir. London klubu 34 yaşlı qabonlu hücumçunun keçidi üçün fransızlardan pul istəyir. Bu amil keçidin rəsmiləşməsini gecikdirir. Onu da bildirək ki, Aubameyanq "Çelsi"nin yeni baş məşqçisi Maurisio Poçettinonun planlarına daxil deyil. Onun "zadəganlar"la müqaviləsinin bitməsinə 12 ay qalsa da, klub Pyer-Emeriki bu yay satmağı planlaşdırır. 

"The Guardian": "Mançester Yunayted" klubdan ayrılmağı planlaşdıran Harri Maquayrın önünə əngəl qoyub. Belə ki, "Vest Hem" 30 yaşlı müdafiəçini bir mövsümlük icarəyə götürməyi təklif edib. Lakin "qırmızı şeytanlar" klubun təklifi geri çevirib. 

Rəsmi: "Beşiktaş”ın yarımmüdafiəçisi Natan Redmond komandadan ayrıldığını açıqlayıb. Bu barədə 29 yaşlı futbolçu sosial şəbəkə hesabları üzərindən məlumat yayıb. 

Rəsmi: "Betis” "Lids” yarımmüdafiəçisi Mark Rokanı transfer edib. 26 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi icarəyə götürülüb.

Rəsmi: "İstanbulspor” Albaniya "Eqnatiya”sından Cekson Kenionu heyətinə qatıb. Braziliyalı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

Röya Kərimli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->