Xəbər lenti

Dünya 09:48 25.09.2023

Köçəryanın oğlu bir ay müddətinə həbs edildi – Vəkil

İkinci prezident Robert Köçəryanın oğlu Levon Köçəryan bir ay müddətinə həbs edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə onun vəkili Aleksandr Koçubavyev sosial şəbəkədə məlumat verib.

Köçəryanın oğlu barəsində həbs qətimkan tədbiri ilə bağlı məsələyə baxılan məhkəmə iclası 9 saata yaxın davam edib.

Yada salaq ki, Köçəryan sentyabrın 22-də hökumət əleyhinə etiraz aksiyaları zamanı həbs edilib. Daha sonra o, polis əməkdaşları tərəfindən döyülüb, sonra xəstəxanaya yerləşdirilib. Lakin sonradan məlum olub ki, Köçəryanın 4 polis əməkdaşını döyməkdə şübhəli bilinərək saxlanılıb.

Eyni zamanda Köçəryana işgəncə verilməsi ilə bağlı cinayət işi açılıb. Sentyabrın 24-ü səhər müdafiə tərəfi hakimi qərəzli adlandıraraq, Levon Köçəryanın saxlanması ilə bağlı şikayəti geri götürdüyünü açıqlayıb.

Oğul Köçəryan onun haqqında həqiqətə uyğun olmayan məlumatlar verən polis əməkdaşları ilə qarşıdurmaya hazır olduğunu bildirib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->