Xəbər lenti

Konfrans Liqası:
İdman 21:12 06.08.2026

Konfrans Liqası: "Qarabağ" erkən qol buraxdı (YENİLƏNİR)

Bu gün "Qarabağ" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə ilk oyuna çıxıb.

Qaynarinfo xəbər verir ki, Polşanın Lublin şəhərindəki "Lublin Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürüb. Matçı danimarkalı hakimlər briqadası idarə edir. 

"Dinamo" 2025/26 mövsümündə Ukrayna kubokunun qalibi olub. Həm onlar, həm də "Qarabağ" Avropa Liqasının 2-ci mərhələsində uduzaraq Konfrans Liqasına düşüblər.

Bu komandalar arasında cavab oyunu avqustun 13-də Bakıda olacaq. Cütün qalibi pley-offda "Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq.

Konfrans Liqası
III təsnifat mərhələsi
İlk oyun

6 iyul
21.00 Dinamo (Kiyev, Ukrayna) - Qarabağ (Azərbaycan) 1:0
Qol: Matvey Ponomarenko, 10.
Dinamo: Vyaçeslav Surkis, Aleksey Siç, Tomaş Kendzyora, , Taras Mixavko, Vladislav Dubinçak (K), Vladimir Brajko, Valentin Rubçinskiy, Eduardo Qerrero, Castin Lonveyk, Boqdan Reduşko, Matvey Ponomarenko.
Qarabağ: Mateuş Koxalski, Mateus Silva, Bense Varkonyi, Jali Muaddib, Marko Yankoviç, Abdullah Zubir (K), Aleksey Kaşuk, Cebrail Makreçkis, Renaldo Sefas, Pedro Bikalyo, Elvin Cəfərquliyev.
Hakimlər: Morten Kroq, Şteffen Bramsen, Viktor Skite, Yakob Karlsen (Danimarka).
VAR: Yakob Karlsen (Danimarka).
AVAR: Yens Maye (Danimarka).
Polşa: Lublin Arena.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->