Dünya 13:22 08.10.2022

Krım körpüsünün partladılması UTX-nin xüsusi əməliyyatı olub - RBC

Krım körpüsünün partladılması Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı ola bilər. Eyni zamanda, UTX-nin özü də bu tədbirlərdə iştirakını hələlik rəsmi şəkildə şərh etməyib.

Qaynarinfo xəbər verir ki, bu barədə "RBC-Ukrayna" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazır.

Xüsusi xidmət orqanı birbaşa şərh vermir, lakin onların bu əməliyyatla bağlı olduğuna eyham vurur. Belə ki, UTX özünün "Telegram" kanalında partladılmış körpünün fotosunu dərc edərək, onu komik misra ilə şərh edib:
 


Світає,
Міст гарно палає;
Соловейко у Криму 
СБУ зустрічає. 

Сьогодні - чудовий привід, щоб трішки перефразувати слова нашого Кобзаря.

(şəfəq açır
Körpü gözəl yanır;
Krımda bülbül
Bizi qarşılayır.

Bu gün Kobzarımızın sözlərini bir az dəyişmək üçün əla səbəb var - red.)

Nizami Bağırov