Dünya 13:28 15.09.2022

Krımda toyda Ukrayna mahnısının səsləndirildiyi kafenin sahibi həbs edildi

Krımda "Ukrayna millətçilərinin himni”ni səsləndirdikləri kafe bağlanıb.

Qaynarinfo xəbər verir ki, bu haqda "Millet” telekanalının məlumatında deyilir. Bildirilir ki, sentyabrın 10-da Baxçasarayda toyda iştirak edənlər "Rusiya Federasiyası Silahlı Qüvvələrini gözdən salan” sözləri olan mahnı oxuyub və rəqs ediblər. Vəziyyət sosial şəbəkələrdə xeyli geniş yayılıb, bundan sonra yerli hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

Şəhər administrasiyası rəhbərinin müavini Arsen Ablaev vurğulayıb ki, "hamı (Rusiya. – red.) dövlətini dəstəkləməli və hərbçilərimizə maksimum dəstək verməlidir”.

Yoxlama nəticəsində banket zalının sahibi 15 sutka, DJ və rəqqasə hər biri 10 gün, bəyin anası isə 5 gün həbs cəzası alıb. Baxçasaray Rayon Məhkəməsinin mətbuat xidməti xəbər verir ki, gəlinin anası və müəssisə sahibinin həyat yoldaşı da 40 və 50 min rubl məbləğində cərimələnib.
Hadisədən sonra restoran sahibi və mahnını ifa edən DJ ictimaiyyət qarşısında üzr istəyib.

Bundan əvvəl Krımın rəhbəri Sergey Aksyonov Krımda "millətçi mahnıların oxunduğu və Ukraynayönlü şüarların səsləndirildiyi” hadisələrin təşkilatçılarını və iştirakçılarını məsuliyyətə cəlb edəcəyinə söz vermişdi.

Alpər