Xəbər lenti

KTMT qoşunları Ermənistanla sərhədə yerləşdiriləcək? - Politoloq
Siyasət 16:38 14.09.2022

KTMT qoşunları Ermənistanla sərhədə yerləşdiriləcək? - Politoloq

İrəvanın genişmiqyaslı təxribatı ilə Ermənistanla Azərbaycan arasında başlanan növbəti toqquşma və xeyli sayda hərbçinin həlak olması fonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələrinin bu iki ölkə sərhədində yerləşdirilməsi məsələsi də gündəmə atılıb. Belə ki, Ermənistan baş naziri Nikol Paşinyan həyasızcasına baş vermiş insidentə görə KTMT-ni köməyə çağırıb. 

Bu əsasda da Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi ilə əlaqədar KTMT-nin Daimi Şurasının təcili iclası keçirilib. İclasın qərarına əsasən bölgəyə monitorinq qrupu göndəriləcək. Yaranmış vəziyyət isə onu deməyə əsas verir ki, proses KTMT qüvvələrinin sərhədə gətirilməsilə yekunlaşa bilər. 

Bunun baş verməsi nə dərəcədə realdır?
 
Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli qeyd edir ki, KTMT-nin monitorinqində əsas məqsəd öz hərbi qüvvələrinin Azərbaycan Ermənistan sərhədində yerləşdirilməsinə əsaslar yaratmaqdan ibarət olacaq:


 
"KTMT iclası keçirilib. İclasda KTMT-nin baş katibi Stanislav Zasın rəhbərliyi altında bölgəyə xüsusi nümayəndə heyətinin göndərilməsi qərara alınıb. Onlar sərhəddə vəziyyəti monitorinq edəcəklər. Bu isə o deməkdir ki, Moskva KTMT adı ilə Azərbaycan və Ermənistanla bağlı hansısa addım atmağa hazırlaşır. Yəqin ki, monitorinqdə də məqsəd KTMT qüvvələrinin sərhəddə yerləşdirilməsinə əsaslar hazırlamaqdır. Görünən budur ki, regionda təhlükəli oyun gedir. Bu oyunların böyük qismində də Rusiya iştirak edir. KTMT qüvvələri iki ölkə arasında sərhəddə yerləşdirilsə, Qazaxıstanın bu layihədə iştirak edəcəyini gözləmirəm. Ən azından bu ölkənin xarici işlər nazirinin açıqlaması belə düşünməyə əsas verir. Sadəcə, KTMT adı ilə Rusiya öz qoşununu bura yeritmək və bununla da ərazidə ikici cəbhə açmağa çalışır. Onsuz da hadisələri qızışdıran əsas iştirakçı Rusiyadır. Ona görə də KTMT-nin gəlməsilə hadisələrin bundan sonrakı inkişafı daha gərgin ola bilər”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->