Xəbər lenti

İdman 11:24 07.06.2022

Levandovski: "Bavariya"dan ayrılmaq istəyirəm, bu dəqiqdir"

"Bavariya"nın polşalı ulduzu Robert Levandovski klubdan ayrılmaq istəyir.
 
Qaynarinfo xəbər verir ki, o bu haqda özü açıqlama verib. "Onesport"a danışan polşalı hücumçu Bundesliqa klubunda qalmaq istəmədiyini bildirib: "
İstədiyim tək şey "Bavariya"dan ayrılmaqdır. Sədaqət və hörmət işdən daha vacibdir. Ən yaxşısı birlikdə həll yolu tapmaqdır. Daxilimdə bir şey öldü, həyatımda daha çox həyəcan tapmaq üçün "Bavariya"dan ayrılmaq istəyirəm. "Barselona"dan başqa heç bir təklifi nəzərdən keçirməmişəm. "Bavariya"dan ayrılmaq istəyirəm, bu, dəqiqdir".
 
Levandovski bu yay "Bavariya"nı tərk etmək üçün hər şey etməyə hazırdır. Onunla maraqlanan klublardan biri də "Barselona"dır. Katalon klubu böyük maliyyə sıxıntılarına baxmayaraq 33 yaşlı futbolçunu heyətinə qatmağı düşünür.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->