Xəbər lenti

Ölkə 12:47 06.04.2024

"Lotu Quli"nin qətlində təqsirləndirilən şəxslərə ağır cəza

Azərbaycanlı qanuni oğru, "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun qətlində təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər - Xaqan Zeynalov və Əmir Həmidli ömürlük azadlıqdan məhrum ediliblər.

Həmçinin məhkəmənin qərarı ilə daha 2 şəxsi - Əli Mövlamlı və Rəsul Həsənov 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, N. Səlifov 2020-ci il avqustun 19-da Türkiyənin Antalya şəhərində qətlə yetirilib.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->