Xəbər lenti

İdman 12:06 29.08.2023

Lukakunun yeni klubu müəyyənləşdi

Belçikalı futbolçu Romelu Lukakunun yeni klubu müəyyənləşib.

Qaynarinfo-nun məlumatına görə, "Sky Sport" "Çelsi"nin hücumçusunun "Roma" ilə müqavilə bağladığını bildirib. İtaliya klubunun rəsmiləri danışıqkları yekunlaşdırmaq üçün Londona yollanıb. İngilislər Lukakunu İtaliya klubuna birillik icarəyə verib. 

Klublar arasında bu transferlə bağlı təxminən səkkiz milyon funt-sterlinqlik razılaşma əldə olunduğu bildirilir. 

Lukaku, keçmiş baş məşqçi Tomas Tuçelin rəhbərliyi altında xoşbəxt olmadığını  açıqladıqdan sonra ötən mövsümü "İnter"də icarə əsasında keçirib. Hücumçu İtaliyaya qayıtmaq və yenidən Joze Mourinyo ilə işləmək arzusunda olduğunu bildirimişdi. 

"Yuventus"la "İnter" bu yay Lukakunu almaq istəsə də "Çelsi" ilə razılığa gələ bilməyib. 2021-ci ilin avqustunda "İnter"dən 97,5 milyon funta "Çelsi"yə keçən 30 yaşlı oyunçu ilə Səudiyyə Ərəbistanının "Əl Hilal" komandası da maraqlanırdı.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->