Xəbər lenti

Dünya 11:22 13.01.2024

Macarıstan Aİ-də səsvermə hüququndan məhrum ola bilər: Proses başladı, 120 səs toplandı

Macarıstan Avropa İttifaqının əsas siyasi idarəetmə orqanı olan Avropa Şurasında səsvermə hüququndan məhrum edilə bilər. 

Qaynarinfo xəbər verir ki, Avropa Parlamenti bu məsələyə gələn həftə baxacaq.

Avropa Parlamentinin finlandiyalı deputatı Petri Sarvamaa "Twitter"də qeyd edib ki, o, Macarıstanı səsvermə hüququndan məhrum etməyə çağıran petisiyaya deputat həmkarlarından 120 səs toplayıb.

"İmzalar toplandı! Orbanı səsvermə hüququndan məhrum etməyə bir addım daha yaxınlaşdıq. Rəy güclü oldu, bu tarixi petisiyanı dəstəkləyən hər kəsə təşəkkürlər. Mən müxtəlif partiyalardan və bir neçə Aİ üzv dövlətindən 120 səs topladım", deyə Sarvamaa yazıb.

Onun sözlərinə görə, hazırda Avropa Parlamentinin plenar zalında "petisiya ideyasına yekun ümumi dəstəyin mümkün qədər tez bir zamanda qiymətləndirilməsi son dərəcə vacibdir”. 

"Bu, gələn həftənin tezliyində mümkündür, çünki gələn həftə parlament Macarıstanla bağlı qətnaməyə səs verəcək", deyə Sarvamaa bildirib.

O qeyd edib ki, Avropa Parlamentinə təqdim olunacaq qətnamənin konkret məzmunu hələ təsdiqlənmə mərhələsindədir. Lakin onun sözlərinə görə, Aİ Müqaviləsinin 7.2-ci maddəsi orada mütləq "müəyyən formada” yer alacaq. Məhz bu maddə Avropa İttifaqının qayda və dəyərlərinin dəfələrlə pozulmasına görə Aİ üzv dövlətinin müəyyən hüquqlarının dayandırılması imkanını nəzərdə tutur.

Avropa İttifaqında Macarıstan problemi

Sağçı populist Viktor Orban Macarıstanda 13 ildən artıqdır hakimiyyətdədir. Bu müddət ərzində o, dövlət üzərində şəxsi nəzarətini əhəmiyyətli dərəcədə gücləndirib, bunun üçün Avropa İttifaqı onu rəsmi olaraq avtokrat kimi tanıyıb. Qanunun aliliyini və demokratik təsisatları pozmaqla yanaşı, tez-tez dini və cinsi azlıqları təqib etməkdə də ittiham olunur.

Aİ-də Macarıstana qarşı qıcıqlanmanın əlavə səbəbi Orbanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyidir. Budapeşt nəinki Ukraynaya silah və pulla kömək etməkdən imtina edir, həm də bütün üzv ölkələrin veto hüququndan istifadə edərək Aİ-nin birgə yardımını hər cür əngəlləyir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->